Mirzəyevin qatili yüngül cəza almaq üçün ona - 28 min veribmiş – FOTO

Mirzəyevin qatili yüngül cəza almaq üçün ona - 28 min veribmiş – FOTO

Hazırda oxunan: Mirzəyevin qatili yüngül cəza almaq üçün ona - 28 min veribmiş – FOTO
243754
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakıda kriminal aləmə yaxınlığı ilə tanınan Allahverdi Mirzəyevi güllələyərək öldürdüyünə görə həbs edilmiş qaynı Taryel Qurbanovun ailəsi dələduzluqla üzləşib.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, qəsdən adam öldürmədə təqsirli bilinərək 11 il 6 ay həbs cəzası alan Taryelin ailəsini aldadaraq 28 min manat alıblar.

Belə ki, 1961-ci il təvəllüdlü Faiq Şirinov Zakir adlı tanışı vasitəsilə T.Qurbanovun atası Almaz Qurbanova oğluna yüngül cəza verdirəcəyini bildirib və bunun qarşılığında 28 min pul alıb.
 

Lakin bir müddət sonra Faiqin daha əvvəllər də dələduzluq əməlinə görə tutulması, bu işi də həll etməyərək pulları ələ keçirməsi məlum olub.


Dələduzluq faktı ilə əlaqədar Cinayət Məcəlləsinin 178.2.4-cü (Xeyli miqdarda ziyan vurmaqla dələduzluq əməli törətmə) maddəsi ilə iş açılıb. T.Qurbanovun atasından pulu alaraq Faiqə verən Zakir adlı şəxs dəymiş zərəri ödəyib. Lakin Faiq Zakirdən aldığı pulları geri qaytarmayıb.

Cinayət işinə Qaradağ Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə 54 yaşlı Faiqə 2 il 2 ay həbs cəzası verilib.

Qeyd edək ki, T. Qurbanov bacısının əri 43 yaşlı Allahverdi Mirzəyevi onun həyətində çənəsindən atəş açaraq qətlə yetirib. Hadisənin ailə münaqişəsi zəminində törədilməsi müəyyənləşib.

Mirzəyevin qatili yüngül cəza almaq üçün ona - 28 min veribmiş – FOTO - foto 1
Mirzəyevin qatili yüngül cəza almaq üçün ona - 28 min veribmiş – FOTO - foto 2


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO