Alkoqollu içkilər BAHALAŞACAQ – Bəs keyfiyyət YÜKSƏLƏCƏK?

Alkoqollu içkilər BAHALAŞACAQ – Bəs keyfiyyət YÜKSƏLƏCƏK?

Hazırda oxunan: Alkoqollu içkilər BAHALAŞACAQ – Bəs keyfiyyət YÜKSƏLƏCƏK?
232404
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, Azərbaycanda alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyən ediləcək. Belə ki, yeni qanuna əsasən, alkoqollu içkilərin müəyyən edilmiş qiymətdən aşağı qiymətə satılması qadağan olunub.

Qanunda edilən dəyişikliyin alkoqollu içkilərin qiymətinə necə təsir edəcəyi isə əsas maraqlı məqamlardan biridir.

Spirtli içkilər bahalaşacaq?

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizim.Media-ya açıqlamasında bildirib ki, alkoqollu içkilərin bahalaşması gözlənilir.

 

MÖVZU İLƏ BAĞLI:

Ötən il spirtli içkilərdən neçə nəfər zəhərlənib?


“Parlamentdə bu qanunun müzakirə ediləndə deputatlar bildirdilər ki, hər bir keyfiyyətli məhsulun bəlli bir qiyməti olmalıdır. Bu da o deməkdir ki, keyfiyyətli məhsullar bir qədər baha olmalıdır.  Qanun vasitəsilə alkoqollu içkilərin bahalığını təmin edə bilərik. Amma qiymətin baha olması hər zaman keyfiyyətin meyarı sayılmır. Bəzən keyfiyyətsiz məhsullar da baha qiymətə satılır”.

Müsahibimizin fikrincə, minimium həddin müəyyən edilməsi bazarda  içki keyfiyyətinin yaxşılaşmasına ciddi təsir etməyəcək.

Ancaq sosial baxımdan bu içkilərin bahalaşmasının müsbət tərəfi də var:

“Bu sayədə cəmiyyətdə alkoqollu içkilərdən istifadə edənlər azala bilər.  Bu baxımdan qiymətlərin bahalaşmasını təqdir edirəm. Amma məqsəd keyfiyyətin yüksəldilməsidirsə, bunun üçün minimium həddin müəyyən edilməsi işə yaramayacaq”.

Nəzrin Mirzəyeva, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO