Alkoqollu içkilərin minimum qiymətləri MÜƏYYƏN EDİLƏCƏK

Alkoqollu içkilərin minimum qiymətləri MÜƏYYƏN EDİLƏCƏK

Hazırda oxunan: Alkoqollu içkilərin minimum qiymətləri MÜƏYYƏN EDİLƏCƏK
231975
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Prezident İlham Əliyev “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə 16 dekabr 2024-cü il tarixli qanunun tətbiqi haqqında fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, yenilənmiş qanuna əsasən, bundan sonra Azərbaycanda alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyən ediləcək.

Alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağandır.

Bununla bağlı müvafiq İcra Hakimiyyəti orqanları dedikdə Nazirlər Kabineti və İqtisadiyyat Nazirliyi nəzərdə tutulur.
 

Nazirlər Kabineti "Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi qaydası"nı iki ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməli, qanundan irəli gələn digər məsələləri həll etməlidir.


İqtisadiyyat Nazirliyi alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiyməti lazımi normativ hüquqi akt təsdiq edildikdən sonra üç ay müddətində müəyyən edib Prezidentə məlumat verməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO