Azərbaycan xaricə bildirçin əti İXRAC edə bilər - VİDEOSÜJET

Azərbaycan xaricə bildirçin əti İXRAC edə bilər - VİDEOSÜJET

Hazırda oxunan: Azərbaycan xaricə bildirçin əti İXRAC edə bilər - VİDEOSÜJET
229060
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dağlıq və meşə təbiətinə xas olan bildirçin quşu artıq düzən ərazilərdə də yetişdirilməyə başlanılıb. Ev təsərrüfatlarında bildirçin saxlamaq istəyənlər bu işə maraq göstərir. Baxmayaraq ki, bildirçin yetişdirmək adi ev quşlarını bəsləməkdən daha çətin hesab olunur.

Biləsuvarlı Əli Qasımov təsadüf nəticəsində bildirçin saxlamağa həvəslənib. Müsahibimizin sözlərinə görə, bildirçin ətinin yüksək qida dəyəri olsa da, onun yumurtası daha faydalıdır.

Bildirçin yumurtası tərkibindəki qida maddələrinə görə toyuq yumurtasından dəfələrlə üstündür.

Məsələn, 4 toyuq yumurtasının əvəzinə cəmi 1 bildirçin yumurtası kifayətdir ki, eyni qida dəyərini təmin edə bilsin. Bunun səbəbi isə bildirçin yumurtasında B vitamini, kalsium və dəmirin müvafiq olaraq 2, 4 və 5 dəfə daha çox olmasıdır.

Həvəskar təsərrüfatçı Əli Qasımov bildirçinin həm ətinə, həm də yumurtasına bazarda kifayət qədər tələbatın olduğunu bildirib.

Ətraflı Bizim.Media-nın videosujetində:

 
Sabutay, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO