Zaqatalada güclü külək binanın damını UÇURDU – FOTO

Zaqatalada güclü külək binanın damını UÇURDU – FOTO

Hazırda oxunan: Zaqatalada güclü külək binanın damını UÇURDU – FOTO

225252

Ötən gün günorta saatlarından başlayaraq Zaqatala rayonunda fasilələrlə güclü küləkli hava şəraiti müşahidə olunur.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, külək gecə saatlarında daha da güclənib.
 

Nəticədə şəhərin Vasif Qurbanov küçəsində beşmərtəbəli yaşayış binasının dam örtüyü uçub, bir sıra ərazilərdə elektrik naqillərinin qırılıb.


Hazırda şəhərin bir hissəsində, Yuxarı Tala, Aşağı Tala, Göyəm və bir neçə yaşayış məntəqəsinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Səhər saatlarından etibarən aidiyyəti qrumlar güclü küləyin yaratdığı fəsadları aradan qaldırmaq üçün ərazidə işlər aparırlar. Artıq şəhər ərazisinə elektrik enerjisinin eləcə də internetin verilməsindəki problemlər aradan qaldırılıb.

Müvafiq qurumlar kəndlərdə bu istiqamətdə işləri davam etdirir.



Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO