Bakıda yeni marşrut xətti AÇILIR - 4 marşrutun hərəkət sxemi dəyişdirilir

Bakıda yeni marşrut xətti AÇILIR - 4 marşrutun hərəkət sxemi dəyişdirilir

Hazırda oxunan: Bakıda yeni marşrut xətti AÇILIR - 4 marşrutun hərəkət sxemi dəyişdirilir
225117
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən 15 dekabr tarixindən 4 sayda müntəzəm avtobus marşrutunun hərəkət sxemində dəyişiklik ediləcək. 

AYNA-dan Bizim.Media-ya verilən məlumata görə, dəyişikliyə əsasən, 35 nömrəli avtobusların hərəkəti Suraxanı rayonunun mərkəzinə, 44 nömrəli avtobusların hərəkəti Suraxanı rayonunun Elxan Həsənov küçəsinə, 88A nömrəli avtobusların hərəkəti "Bakı Ağ Şəhər"in Mərkəzi Bulvar küçəsinə, 120E nömrəli avtobusların hərəkəti isə Afiyəddin Cəlilov küçəsindən keçməklə təşkil edilib. 

Eyni zamanda, sərnişin tələbatına uyğun olaraq yeni marşrutların yaradılması istiqamətində də təhlillər aparılıb.

Vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, 20 nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq. Yeni marşrut xətti Qaraçuxur və Yeni Günəşli qəsəbələri, Mərkəzi Bank və Azərbaycan Tibb Universitetini əlaqələndirəcək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO