653 uşaq dövlət uşaq müəssisəsindən ailəsinə geri qaytarılıb – RƏSMİ

653 uşaq dövlət uşaq müəssisəsindən ailəsinə geri qaytarılıb – RƏSMİ

Hazırda oxunan: 653 uşaq dövlət uşaq müəssisəsindən ailəsinə geri qaytarılıb – RƏSMİ
223860
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin reinteqrasiya tədbirləri nəticəsində ötən dövrdə 653 uşağın dövlət uşaq müəssisələrindən ailələrinə qayıdışı təmin olunub.

Bu barədə Bizim.Media-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, uşaqların həmin müəssisələrinə düşməsinin qarşısının alınması üçün də həssas qruplara aid uşaqlar və ailələri ilə bağlı Ailə İnkişaf Planları əsasında sosial-psixoloji dəstək və maarifləndirmə işləri aparılır.

Qeyd olunan işlərin nəticəsi olaraq 536 uşağın ailələri tərəfindən müəssisələrə verilməsinin qarşısı alınıb, həmin uşaqların öz ailələrində saxlanması təmin olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO