
- A-
- A
- A+
Cəmiyyət
21:17 / 25.11.2024
1 dəq oxunma
“Qalatasaray”da CİDDİ İTKİ
Hazırda oxunan: “Qalatasaray”da CİDDİ İTKİ
222364
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Türkiyənin "Qalatasaray" klubunun heyətində ciddi itki baş verib.
Bizim.Media xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Kaan Ayhan sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türk futbolçu Super Liqanın 13-cü turunun "Bodrum"la matçında (1:0) ayaq əzələsindən zədə alıb. 30 yaşlı sağ cinah müdafiəçisi 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Təcrübəli oyunçu Avropa Liqasında "AZ Alkmar", "Malmö", Super liqada isə "Eyüpspor" və "Sivasspor"la görüşlərdə komandaya kömək edə bilməyəcək.
Qeyd edək ki, Kaan Ayhan bu mövsüm "Qalatasaray"ın heyətində bütün turnirlərdə meydana çıxdığı 16 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.
Rəşad Rafiqoğlu, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
XƏBƏR LENTİ
Bugün
Dünən




























































































