Köhnə avtobuslar yenilənəndə sürücüləri də DƏYİŞİR? - Rəsmi AÇIQLAMA

Köhnə avtobuslar yenilənəndə sürücüləri də DƏYİŞİR? - Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Köhnə avtobuslar yenilənəndə sürücüləri də DƏYİŞİR? - Rəsmi AÇIQLAMA
218173
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Köhnə və istismara yararsız avtobusların dəyişib yerinə daha rahat, müasir tipli avtobusların xəttə buraxılması sərnişinləri sevindirən hallardan biridir. Çünki avtobusların daxili və xarici görünüşünün təmiz olması ilk növbədə sərnişinlərin rahatlığı deməkdir.

Maraqlıdır, avtobuslar və yaxud daşıyıcı şirkət yenilənəndə onun sürücüləri də dəyişir?
 

MÖVZU İLƏ BAĞLI:

Qiymət QALXDI, köhnə avtobuslar YENİLƏNMƏDİ – AYNA yararsız marşrutları xətdən niyə ÇIXARMIR? - FOTO


Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında “BakuBus” MMC-dən saytımıza bildirilib ki, qurum tərəfindən yeni marşrut xətlərinin istismarı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən mütamadi olaraq keçirilən müsabiqələrdə iştirak vasitəsilə həyata keçirilir:

““BakuBus” müsabiqənin qalibi olduğu halda həmin xətt “BakuBus”-ın istismarına verilir. Qalib olduğumuz xəttin mövcud sürücüləri ilə birbaşa işçi münasibətlərində olmadığımız üşün onların iş yerləri ilə bağlı qərarlar üçün məsuliyyət daşımırıq”.

Əsmər Əliyeva qeyd edib ki, avtobus dəyişdikdə sürücülərin iş yerlərilə bağlı məsuliyyət daşıyıcı şirkətə aid olmur:

“Həmin xəttin sürücüləri şirkətdə çalışmaq istəyi ilə müraciət edərsə, onların müraciəti mövcud prosedurlar çərçivəsində dəyərləndirilir. Belə ki, hər bir sürücü “BakuBus” MMC-də işə qəbul olunmaq üçün təyin olunmuş bütün daxili qaydalar və tələb olunan prosedurları keçməlidirlər. Sürücülər müvafiq təlim və sınaq mərhələlərindən uğurla keçdikdən sonra, “BakuBus” MMC-də işə qəbul olunma imkanı əldə edirlər”, - deyə qurum rəsmisi əlavə edib.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO