
- A-
- A
- A+
Tarixi filmlərin çəkilişinə 9 milyon manat ayrılıb
"Azərbaycan irsinə səyahət” layihəsi çərçivəsində tarixi filmlərin istehsalına başlanılan filmlər üçün ümumilikdə 9 milyona yaxın vəsait ayrılıb. Lakin həmin məbləğin hamısı indiyədək xərclənməyib və vəsaitin bir hissəsi qarşıdakı illərdə istifadə olunacaq.
Bizim.Media xəbər verir ki, bunu Kino Agentliyinin baş direktoru Rəşad Əzizov media nümayəndələri ilə görüşdə deyib.
Onun sözlərinə görə, hazırda təqdim olunan üç filmin ümumi büdcəsi 2 milyon manatdan bir qədər artıqdır.
R.Əzizov filmlərin büdcəsinin onların xronometrajından, bədii səhnələrin rekonstruksiyasından, döyüş səhnələrinin olub-olmamasından və digər amillərdən asılı olaraq dəyişdiyini vurğulayıb.
O əlavə edib ki, Kino Agentliyi ayrılan maliyyə vəsaitinin düzgün və səmərəli xərclənməsinə nəzarət edir, bu məqsədlə müqayisəli təhlillər aparır:
"Belə bir məqamı da qeyd eləyim, biz hətta artıq bu datanı süni zəka ilə emal edirik ki, tam effektiv xərclənməsini təmin edək".
Qeyd edək ki, “Azərbaycan irsinə səyahət” silsiləsi çərçivəsində üç film " Azıx mağarası: Azərbaycanın beşiyi” sənədli filmi, " İşquz dövləti” bədii-sənədli filmi və “Memar Əcəmi: Daşlara yazılan tale” bədii filmi çəkilib.
Günay Şahmar, Tural Xəlil, Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































