Texniki baxışdan keçməyən çox sayda avtobus sürücüləri CƏRİMƏLƏNDİ - VİDEO

Texniki baxışdan keçməyən çox sayda avtobus sürücüləri CƏRİMƏLƏNDİ - VİDEO

Hazırda oxunan: Texniki baxışdan keçməyən çox sayda avtobus sürücüləri CƏRİMƏLƏNDİ - VİDEO
210272
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Avtonəqliyyat vasitələrinin dövlət texniki baxışından keçirilməsi zamanı növbəti dəfə bir sıra hüquqazidd hallar aşkarlanıb.  

Bizim.Media xəbər verir ki, bu barədə BDYP-dən məlumat verilib. 
 

Bildirilib ki, Baş Dövlət Yol Polisi İdarəsinin Müayinə mərkəzində görülən tədbirlər nəticəsində dövlət qeydiyyat nişanları standartın tələblərinə uyğun gəlməyən, şassi  və mühərrik  nömrələri qeydiyyat məlumatları ilə uyğunsuzluq təşkil edən, habelə üzərində çoxsayda ödənilməmiş inzibati cərimələr olan avtobus və yük avtomobilləri müəyyən edilib.


Həmin nəqliyyat vasitələri müvafiq yoxlama aparılması üçün saxlanılıb və cavabdeh şəxslər barəsində qanunauyğun tədbirlər görülüb. 

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək onları qanunla üzərilərinə düşən öhdəlikləri vaxtında yerinə yetirməyə, nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına, eləcə də qeydiyyat məlumatlarında uyğunsuzluğa səbəb olan əməllərdən çəkinməyə çağırır. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO