“BakuBus”larda pulsuz internet OLACAQ? – RƏSMİ AÇIQLAMA

“BakuBus”larda pulsuz internet OLACAQ? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: “BakuBus”larda pulsuz internet OLACAQ? – RƏSMİ AÇIQLAMA
216359
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İllərdir “BakuBus” –dan istifadə edən sərnişilərə pulsuz internetin olacağıyla bağlı vədlər verilir. Bununla bağlı xeyli müzakirələr də aparılıb. Ancaq hələ də bu istiqamətdə həyata keçirilən addımlar yoxdur.

Məsələylə bağlı “BakuBus” MMC-yə sorğu ünvanladıq.
 

MÖVZU İLƏ BAĞLI:

Şəhərətrafı avtobuslarda QİYMƏT TƏZADI - Gedişhaqları necə təyin olunur?


“BakuBus” MMC-nin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Əsmər Əliyeva Bizim.Media-ya bildirib ki, belə bir şəraitin yaradılması üçün müəyyən maliyyə mənbəyi olmalıdır.

“Bildiyimiz  kimi, “BakuBus” üçün sərnişin məmnuniyyəti ən önəmli məsələdir və bu istiqamətdə davamlı addımlar atılır:

“Avtobuslarda internetə qoşulma imkanları da sərnişinlər üçün əlavə bir xidmətdir. Lakin bildiyiniz kimi, bu imkanın yaradılması müəyyən bir maliyyə yükü daşıyır və buna görə də iqtisadi cəhətdən əsaslandırılmalıdır, bu yükün mənbələri tapılmalıdır.  Eyni zamanda, texniki məsələlərin həllinin optimal yolu seçilməlidir’’.


Müsahibimiz sonda qeyd edib ki,  hazırda hər iki istiqamətdə müzakirələr aparılır. Nəticələrə uyğun müvafiq addımlar atılacaq.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO