Bulvarda gəmi gəzintisinə START VERİLƏCƏK - Qiymətlər DƏYİŞƏCƏK?

Bulvarda gəmi gəzintisinə START VERİLƏCƏK - Qiymətlər DƏYİŞƏCƏK?

Hazırda oxunan: Bulvarda gəmi gəzintisinə START VERİLƏCƏK - Qiymətlər DƏYİŞƏCƏK?
215235
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir neçə ildir dəniz səviyyəsinin aşağı enməsi səbəbindən bulvarda gəmi gəzintisinin fəaliyyəti müvəqqəti dayandırılıb. Son günlər yerli media və sosial şəbəkələrdə Bakı bulvarında “Mirvari” gəmisinin yenidən görünməsinə dair fotolar yer alıb.

Gəminin yenidən görünməsi vətəndaşların həmin gəmidən nə zaman istifadə edəcəkləri sualını yaradıb.

Həmçinin, gəmi gəzintisi üçün qiymətlərin müəyyən olunub olunmaması da yaranan suallardandır.

Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva Bizim.Media-ya deyib ki, gəmi gəzintisi üçün son hazırlıq işləri görülür:
 

MÖVZU İLƏ BAĞLI:

İllər sonra bulvarda dəniz gəzintisi bərpa ediləcək – VİDEO


“Xəzər dənizinin səviyyəsinin enməsi 2022-ci ildən bulvarda gəmi gəzintisinin müvəqqəti dayandırılmasına səbəb olmuşdu. Cari ildə gəmilərin yenidən fəaliyyətə başlaması istiqamətində işlərə başlanıldı. Dənizin müəyyən hissələrində dərinliyinin ölçülməsi işləri aparıldı və buna uyğun olaraq yeni, təhlükəsiz marşrut xətləri müəyyənləşdirildi.

Eyni zamanda “Mirvari” gəmisinin təhlükəsiz və rahat hərəkəti üçün təmir və renovasiya işləri aparıldı. Bir neçə gündür gəmi Dəniz Vağzalı qarşısındakı körpüyə yan alıb və gəmi gəzintisi üçün son hazırlıq işləri görülür. Hazırlıq işləri yekunlaşdıqdan sonra qiymətlər və güzəştlər barədə məlumat veriləcək”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO