Bu deputatlara “Mercedes E 300” veriləcək - SİYAHI

Bu deputatlara “Mercedes E 300” veriləcək - SİYAHI

Hazırda oxunan: Bu deputatlara “Mercedes E 300” veriləcək - SİYAHI
213967
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, VII çağırış Milli Məclisinin 2024-cü il payız sessiyasında ilk plenar iclası keçirilib. Milli Məclisin sədri, sədr müavinləri, komitə sədrləri və onların müavinlərinin ardınca komitələrin üzvləri də seçilib. Dünən, həm də parlamentarilərə deputat vəsiqələri təqdim olunub.

Bizim.Media modern.az-a istinadən xəbər verir ki, yaxın günlərdə Milli Məclisin komitə sədrlərinin istifadəsinə yeni xidməti avtomobillər də veriləcək.

VII çağırış Milli Məclisinin 15 komitəsi formalaşdırılıb. Aşağıdakı deputatlar komitə sədrləri seçilib:
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisin deputatlarına vəsiqələr TƏQDİM EDİLDİ


- İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi - Azər Əmiraslanov;

- Elm və təhsil komitəsi - Anar İskəndərov;

- Regional məsələlər komitəsi - Siyavuş Novruzov;

- Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi - Arzu Nağıyev;

- İnsan hüquqları komitəsi - Zahid Oruc;

- Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi - Sadiq Qurbanov;

- Aqrar siyasət komitəsi - Tahir Rzayev;

- Əmək və sosial siyasət komitəsi - Musa Quliyev;

- Mədəniyyət komitəsi - Polad Bülbüloğlu;

- Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi - Səməd Seyidov;

- Səhiyyə komitəsi - Əhliman Əmiraslanov;

- Ailə, qadın və uşaq məsələləri komitəsi - Hicran Hüseynova;

- Gənclər və idman komitəsi - Şahin İsmayılov;

- İctimai birliklər və dini qurumlar komitəsi - Fazil Mustafa;

- Hüquq siyasəti və dövlət quruculuğu - Əli Hüseynli.

Qeyd edək ki, VI çağırışda komitə sədrləri “Mercedes E 300” markalı avtomobillərdən istifadə ediblər. Bu çağırışda da onların həmin markadan olan maşınlarla təmin olunacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO