“Qış Parkı”nın keçidində gecələyən qadın nazirliyin təklifini QƏBUL ETMƏDİ - FOTO

“Qış Parkı”nın keçidində gecələyən qadın nazirliyin təklifini QƏBUL ETMƏDİ - FOTO

Hazırda oxunan: “Qış Parkı”nın keçidində gecələyən qadın nazirliyin təklifini QƏBUL ETMƏDİ - FOTO
20774
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov “Qış Parkı”nın keçidlərindən birində gecələyən qadınla bağlı məlumat yayıb.

Bizim.Media-nın  məlumatına görə, agentlik rəsmisi bildirib ki, 1985-ci il təvəllüdlü Elmira (Ad şərtidir) adlı xanım barəsində məlumat əldə edilən andan Sosial Xidmətlər Agentliyinin əməkdaşları onun sığınacağa cəlbi üçün səfərbər olublar:

“Təəssüf ki, ilk cəhdlərdə sığınacağa gəlməsi barədə təklifimizi müxtəlif şəxsi səbəblərlə geri çevirdi. Ardından Elmiranın küçədə gecələməməsi üçün növbəti cəhdimiz onun ilk mərhələdə tibbi problemlərinin həlli üçün aidiyyəti tibb müəssisəsinə göndərilməsi ilə nəticələndi:

M.Həşimovun sözlərinə görə, müalicədən sonra Elmiranın sığınacağa gəlməsi üçün çalışacaqlar:

“Qapımız hər zaman açıqdır. Orada qaldığı müddətdə isə onun digər sosial ehtiyaclarının həlli üçün çalışacaq və iş imkanlarını araşdıracağıq”.

Bizim.Media

“Qış Parkı”nın keçidində gecələyən qadın nazirliyin təklifini QƏBUL ETMƏDİ - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO