Sol qolu amputasiya olunan fəhlə ilə bağlı Prokurorluqdan açıqlama

Hazırda oxunan: Sol qolu amputasiya olunan fəhlə ilə bağlı Prokurorluqdan açıqlama

20394

Mayın 6-da saat 15 radələrində Ağdaş rayonu, Qarağan kəndi ərazisində yerləşən sexdə fəhlə işləyən İlkin Məcidovun xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Ağdaş rayon prokurorluğu yayıb.

Araşdırmalarla müəyyən edilib ki, İlkin Məcidov məişət tullantılarının emalı və plastik məmulatları sexində işlək vəziyyətdə olan dəzgaha müdaxilə edərkən sol qolunun amputasiyası ilə nəticələnmiş xəsarət alıb.

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO