Qarabağ Universitetində də SABAH qrupları fəaliyyəti göstərəcək – Emin Əmrullayev 

Qarabağ Universitetində də SABAH qrupları fəaliyyəti göstərəcək – Emin Əmrullayev 

Hazırda oxunan: Qarabağ Universitetində də SABAH qrupları fəaliyyəti göstərəcək – Emin Əmrullayev 
200386
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Bu gün SABAH qruplarının yaranmasının 10 illiyi tamam olur. SABAH tələbəsi olmaq asan deyil.  SABAH məzunlarının ikiqat məsuliyyəti var. Çünki adından da göründüyü kimi, SABAH tələbələri savadlı, bacarıqlı və hazırlıqlı olmalıdırlar. Öz istedadı ilə seçilən şəxslərin məsuliyyəti isə daha çox olur”.

Bizim.Media xəbər verir ki, bunu Elm və təhsil naziri Emin Əmrullayev “SABAH-ın məzunu-2024” mərasimində çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, SABAH-ın yaradılmasında məqsədlərdən biri həm də tələbələr arasında rəqabət mühitinin yaradılması idi. 

“SABAH qruplarında tələbələrin mükafatlandırılması, onlara fərqli təqaüdlərin verilməsi təşəbbüsü var. SABAH-ın nəticələrinə baxdıqda, görünən ondan ibarətdir ki, bu sistem özü-özlüyündə mühit dəyişikliyi, savadlı, bacarıqlı və hazırlıqlı şəxslərin irəliləyə doğru addımlarını səciyyələndirir. 
SABAH məzunlarını iş axtaran deyil, işəgötürən tərəf kimi görməyi arzulayırıq. Bunun üçün SABAH HUB layihəsini təşkil etdik. SABAH-ın təşkil etdiyi startapları 9 milyon manata yaxın xarici investisiyalar əldə edib.

Qarabağ Universitetində də SABAH qrupları öz fəaliyyətinə başlayacaq. Eyni zamanda SABAH qrupları bildiyiniz kimi, 2-ci kursdan tələbə qəbul edir. Lakin Qarabağ Universitetində SABAH tələbəsi olmaq istəyənlər 3-cü kursdan da müraciət edə bilərlər”.

Qarabağ Universitetində də SABAH qrupları fəaliyyəti göstərəcək – Emin Əmrullayev  - foto 1
 Nuranə Daxilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO