Bakıda dörd dostun faciə ilə bitən əyləncəsi: Qaranlıqda gizlənən MƏQAMLAR - VİDEO

Bakıda dörd dostun faciə ilə bitən əyləncəsi: Qaranlıqda gizlənən MƏQAMLAR - VİDEO

Hazırda oxunan: Bakıda dörd dostun faciə ilə bitən əyləncəsi: Qaranlıqda gizlənən MƏQAMLAR - VİDEO

191304

Paytaxtın Səbail rayonunda fəaliyyət göstərən hotellərin birində zəhərlənən dörd dostla bağlı əhali arasında müxtəlif fikirlər səslənib.

Bizim.Media xəbər verir ki, onların qidadan zəhərləndiyi bildirilsə də, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bu məlumatı təkzib edib.

Zərərçəkənlərin qohumları isə fərqli fikirdədirlər. “Tibbi ekspertiza var, qaranlıq heç nə qalmayacaq, ictimaiyyətə hər şey açıqlanacaq. Kənan içkiyə meyilli uşaq olmayıb, siqaretdən də uzaq olub. Dostları da bu barədə informasiya verəcəklər, onlar bir yerdə olublar, nə baş verib deyəcəklər”, - zəhərlənmədən dünyasını dəyişən Kənan Mustafayevin əmisi deyib.

Qeyd edək ki, Səbail rayonunda yerləşən hoteldə dörd nəfər kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Həkimlər gələnə kimi Kənan və Orxanın vəfat etdiyi məlum olub. Nicat və Xəzər isə koma halında xəstəxanaya çatdırılıblar.

Daha ətraflı Baku TV-nin süjetində:
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO