Bakı pravoslavları Pasxa bayramını belə qeyd edirlər - FOTO

Bakı pravoslavları Pasxa bayramını belə qeyd edirlər - FOTO

Hazırda oxunan: Bakı pravoslavları Pasxa bayramını belə qeyd edirlər - FOTO

190496

Azərbaycanda yaşayan pravoslavlar bu gün əsas xristian bayramlarından olan Pasxanı qeyd edirlər.

Bizim.Media xəbər verir ki, mayın 4-dən 5-nə keçən gecə Bakıda və Azərbaycanın regionlarında yerləşən pravoslav məbədlərində Pasxa ibadətləri keçirilib. Məbədlərə gələnlər ibadət edib, şamlar düzüblər.

Bayram ərəfəsində pravoslav xristianları icmasına təbrik ünvanlayan Prezident İlham Əliyev qeyd edib ki, bu gün Azərbaycan müxtəlif dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimad mühitinin, demokratik birgəyaşayış prinsiplərinin mövcud olduğu unikal bir məkandır və dünyada sivilizasiyalararası münasibətlərin inkişafına mühüm töhfələr verir.

“Cəmiyyətimizdə dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin mədəni özünüifadəsi üçün bərabər imkanlar yaradılmışdır. Təqdirəlayiq haldır ki, ölkəmizin bütün etnik və dini azlıqları, o cümlədən xristian vətəndaşlarımız ictimai-siyasi həyatın bütün sahələrində yaxından iştirak edir, Azərbaycanın tərəqqisi və çiçəklənməsi naminə vətəndaşlıq borcunu layiqincə yerinə yetirirlər”, - deyə dövlətimizin başçısının müraciətində bildirilir.

Bayram ibadəti Müqəddəs Miradaşıyan Qadınlar Kafedral Kilsəsində də olub.
Qeyd edək ki, Pasxa xristianların ən qədim, mühüm və sevimli bayramlarından biridir. Müqəddəs Pasxa Günü - İsa Məsihin Dirilməsi bayramı bu il pravoslav təqvimi ilə mayın 5-də qeyd edilir. Ənənəyə görə, dindarlar bayramdan əvvəlki cümə axşamı səhər kuliç bişirir, axşam pasxa hazırlayır, şənbə günü onları kilsəyə aparır, şənbə günündən bazar gününə keçən gecə isə Pasxanın və İsanın Dirilməsi bayramının başlanmasını bildirən Xaç yürüşü edirlər.

İsa peyğəmbərin Dirildiyi Müqəddəs Gün hamı pasxa süfrəsi arxasında əyləşir, bir-birini pasxa və kuliçə qonaq edir, yumurta döyüşdürür və “İsa Dirildi!” kəlməsi ilə bir-birini salamlayır.

 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO