Norveçli səyyahlar ermənilərin Ağdamda törətdiyi dağıntılara BAXDILAR - FOTO

Norveçli səyyahlar ermənilərin Ağdamda törətdiyi dağıntılara BAXDILAR - FOTO

Hazırda oxunan: Norveçli səyyahlar ermənilərin Ağdamda törətdiyi dağıntılara BAXDILAR - FOTO

190122

Norveçin beynəlxalq səyahətçilərdən ibarət milli klubu – “Vagaclub”un 30 nəfərdən ibarət heyəti Ağdama səfər ediblər.

Bizim.Media xəbər verir ki, qonaqlar işğal illərində Ermənistanın Ağdamda törətdiyi dağıntılara baxıb, aparılan bərpa və tikinti işləri ilə tanış olublar.

Onlar ərazilər işğaldan azad edildikdən sonra bərpa edilmiş Ağdam məscidinə, çörək muzeyinin xarabalıqlarına, Dram Teatrına və Şəhidlər xiyabanına baş çəkiblər.

Norveçli səyahətçilərə şəhərin işğal və dağıntıdan əvvəlki tarixi fotoşəkilləri nümayiş etdirilib.

Qeyd edək ki, tanınmış səyyah Yorn Auqestadın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş ərazilərindədir. Norveçli səyahətçilər Qarabağda və Şərqi Zəngəzurda erməni vandalizminin izləri ilə tanış olurlar.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO