Göyçayda avtomobil köşkə çırpıldı: Xəsarət alan var - FOTO

Göyçayda avtomobil köşkə çırpıldı: Xəsarət alan var - FOTO

Hazırda oxunan: Göyçayda avtomobil köşkə çırpıldı: Xəsarət alan var - FOTO

189397

Göyçayda “VAZ 2107” markalı avtomaşının sürücüsü 21 yaşlı Nəbizadə Nəbi Səhrab oğlu həmin yolda hərəkətdə olarkən idarəetməni itirib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı köşkə çırpılıb. Köşkün yanında dayanan bir nəfər 14 yaşlı yeniyetmə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralı dərhal Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda fakt araşdırılır.










Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO