Şirvanda qanunsuz quraşdırılan yol nişanları: Polis hərəkətə keçdi 

Şirvanda qanunsuz quraşdırılan yol nişanları: Polis hərəkətə keçdi 

Hazırda oxunan: Şirvanda qanunsuz quraşdırılan yol nişanları: Polis hərəkətə keçdi 

189368

“Şirvan şəhərində qanunsuz olaraq quraşdırılan yol nişanları sökülüb”.

Bizim.Media xəbər verir ki, bunu oxu.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə Şöbəsinin rəisi Rövşən Tağıyev deyib.

O qeyd edib ki, daxil olan məlumat əsasında Şirvan şəhərində qanunsuz olaraq quraşdırılan yol nişanları DYP əməkdaşları tərəfndən müəyyən edilərək müvafiq tədbirlər görülüb.

“Bir daha bütün hüquqi və fiziki şəxslərin diqqətinə çatdırırıq ki, yol nişanlarının qanunsuz olaraq quraşdırılması qadağandır və bu hal məsuliyyət yaradır”, - deyə R.Tağıyev bildirib.
Qeyd edək ki, Şirvan şəhərində quraşdırılan qanunsuz yol nişanları ilə bağlı görüntü sosial şəbəkələrdə paylaşılmışdı.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO