Oğuzda baş verən qəzanın ilkin təfərrüatı AÇIQLANDI

Hazırda oxunan: Oğuzda baş verən qəzanın ilkin təfərrüatı AÇIQLANDI

188304

Oğuz rayonunun Xaçmaz kəndində iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, kənd sakini 30 yaşlı Araz Rəsulovun idarə etdiyi “VAZ-2106” markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq dirəyə çırpılıb.

İlkin məlumatalara əsasən qəza avtomobilin əyləc sistemində baş verən nasazlıq səbəbindən baş verib. 

Qəza nəticəsində Araz Rəsulovla yanaşı avtomobildə olan digər sərnişin, onu həmkəndlisi 29 yaşlı Ərazi Abdulhəlimov da müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Hər iki şəxs Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, müayinə edilib, hazırda müalicələri davam etdirilir.

Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.


Tural Rasim oğılu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO