Hacıqabuldakı yol qəzasında 8 nəfər xəsarət alıb - ADLAR - YENİLƏNİB

Hazırda oxunan: Hacıqabuldakı yol qəzasında 8 nəfər xəsarət alıb - ADLAR - YENİLƏNİB

188229

Hacıqabulda baş verən yol qəzasında xəsarət alanların sayı məlum olub.

Bizim.Media xəbər verir ki, hadisə zamanı dördü uşaq, dördü isə böyük olmaqla 8 nəfərin (Kürdəmir rayon sakinləri Teyyublu Gülşən Vəlican qızı (1994-cü il təvəllüdlü), Teyyubov Niyaz Məmmədşah oğlu (1966-cı il təvəllüdlü), Teyyubov Şəfqət Əli oğlu (1970-ci il təvəllüdlü), Teyyubov Niyazi Rais oğlu (2023-cü il təvəllüdlü), Qobu qəsəbə sakinləri Cəbrayılova Nazilə Ramin qızı (2013-cü il təvəllüdlü), Cəbrayılova Yazgül Niyaz qızı (1994-cü il təvəllüdlü) və daha iki nəfər)  müxtəlif dərəcəli xəsarət aldığı bildirilir:

Xəsarət alanlar Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi Bakı-Qazax magistral yolunun Hacıqabuldan keçən hissəsində, körpü yaxınılığında qeydə alınıb.

*** 13:29

Hacıqabulda baş vermiş yol qəzasında xəsarət alanlar var.

Bizim.Media report.az-a istinadən xəbər verir ki,  hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində, körpü yaxınılığında qeydə alınıb.

İlkin məlumata görə, qəza zamanı 3-4 nəfərin yaralandığı bildirilir.

Hadisə yerinə təcili yardim briqadası cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO