"Məktəblərdə problemlərin ictimai qınaqla həll olduğuna inanmıram" – Emin Əmrullayev 

Hazırda oxunan: "Məktəblərdə problemlərin ictimai qınaqla həll olduğuna inanmıram" – Emin Əmrullayev 

187794

“Hər il Azərbaycan məktəblərində xoşagəlməz hallar baş verir. İstəyərik ki, baş verməsin, amma çox güman ki, növbəti illərdə də baş verəcək. Dünyanın bütün məktəblərində də belə hadisələr olur, olub, olacaq".

Bizim.Media xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair tədbirdə Elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, yaxşı təhsil sistemində hadisə baş verdikdən sonra verilən reaksiya önəmlidir:  

"Bu nöqteyi-nəzərdən düşüncəmiz odur ki, prosedur önəmlidir. İnsanların emosiyaları yox, hadisədən sonra atılan addım daha vacibdir. Hadisə baş verdikdən sonra biz emosional gərginlik hiss edirik, amma bu gərginlik şagirdlərə hansı faydanı verir? Bu, ayrı sualdır. Bu baxımdan ictimai qınaqla problemlərin həll olduğuna inanmıram".

Məhərrəm Əliyev, Leyla Qəhrəmanova, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO