“Maşın bazarı”nda 4 mağaza yanıb

Hazırda oxunan: “Maşın bazarı”nda 4 mağaza yanıb

187003

Bakı şəhərinin Xətai rayonu, Babək prospektində yerləşən “Maşın bazarı” adlanan ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Bizim.Media xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, yanğın nəticəsində ümumi sahəsi 400 kvadratmetr olan bir dam altında tikilmiş 32 ədəd müxtəlif təyinatlı mağazalardan dördü 48 kvadratmetr sahədə yanıb.

Digər mağazalar yanğından mühafizə olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO