Bakıda kafedən içərisində pul və bahalı qızıl olan çanta OĞURLANDI

Bakıda kafedən içərisində pul və bahalı qızıl olan çanta OĞURLANDI

Hazırda oxunan: Bakıda kafedən içərisində pul və bahalı qızıl olan çanta OĞURLANDI

186958

Bakının Səbail rayonu ərazisində yerləşən kafelərin birindən içərisində 530 manat, 2000 manat dəyərində üzük, bank kartı və sənədlər olan çanta oğurlanıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, bununla bağlı rayon polis idarəsinin 39-cu Polis Bölməsinə məlumat daxil olub.

Bölmə əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də oğurluq cinayəti ilə əlaqədar məhkum olunmuş Mahir Məmmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO