Ziyarətgaha gedənlər qəzada həlak oldu - 13 ölü, 20 yaralı var

Hazırda oxunan: Ziyarətgaha gedənlər qəzada həlak oldu - 13 ölü, 20 yaralı var

186638

Pakistanın Bəlucistan əyalətinin Hab dairəsində sərnişin avtobusunun dərəyə aşması nəticəsində azı 13 nəfər ölüb, 20 nəfər yaralanıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "Geo" telekanalı məlumat yayıb.

Məlumata görə, avtobusun sərnişinləri Tatta şəhərindən (Sind əyaləti) müsəlman sufilərin ziyarətgahına - Şah Nurani məbədinə (Bəlucistan əyaləti, Xuzdar rayonu) gedən zəvvarlar olub.
İlkin versiyaya görə, sürücü çətin keçilən yolda idarəetməni itirib, nəticədə avtomobil dərəyə aşıb.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanaya aparılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO