Ağsuda ağır qəza: 58 yaşlı sürücü vəfat etdi - VİDEO

Ağsuda ağır qəza: 58 yaşlı sürücü vəfat etdi - VİDEO

Hazırda oxunan: Ağsuda ağır qəza: 58 yaşlı sürücü vəfat etdi - VİDEO

183498

Ağsuda baş verən ağır qəzada 58 yaşlı kişi dünyasını dəyişib. 

Bizim.Media-nın Aran  bürosu xəbər verir ki, hadisə rayonun Aratlı-Curuxlu kəndində baş verib.

Belə ki, rayon sakini 1966-cı il təvəllüdül Alıyev İsgəndər Baxış oğlu VAZ-2106 markalı avtomaşınla hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq beton lövhəyə çırpılıb.

Qəza zamanı sürücü elə hadisə yerindəcə dünyasını dəyişib.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə yerləşdirilib. Hazırda faktla bağlı araşdırma aparılır.
 

Bizim.Media, Aran bürosu
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO