Sabah qısa iş günü olacaq - RƏSMİ

Sabah qısa iş günü olacaq - RƏSMİ

Hazırda oxunan: Sabah qısa iş günü olacaq - RƏSMİ
183161
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Sabah ölkədə qısa iş günü rejimi tətbiq olunacaq.  

Dövlət Əmək Müfəttişliyi Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, əmək məcəlləsində qeyd olunan müvafiq maddə sabaha da şamil olunacaq.  

Qeyd edilib ki, Əmək Məcəlləsinin 108-ci maddəsinin 1-ci hissəsinə əsasən Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla, qalan iş yerlərində səsvermə, iş günü hesab edilməyən bayram günləri və Ümumxalq Hüzn günü qabağı iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.  
Azərbaycanda  20, 21, 22, 23, 24 mart – Novruz bayramı günləridir. Beşgünlük iş həftəsində isə 25 və 26 mart tarixləri də qeyri-iş günləri hesab edilir. 

Bununla əlaqədar beşgünlük, həmçinin altıgünlük iş həftəsində 19 mart tarixi bayramqabağı iş günü olduğundan iş yerlərində (Məcəllənin 91, 92 və 93-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olunmaqla) həmin iş gününün müddəti bir saat qısaldılır. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO