Ağdaşda ağır yol qəzası: 3 nəfər öldü - FOTO-VİDEO

Ağdaşda ağır yol qəzası: 3 nəfər öldü - FOTO-VİDEO

Hazırda oxunan: Ağdaşda ağır yol qəzası: 3 nəfər öldü - FOTO-VİDEO

182959

Ağdaşda ağır yol qəzası baş verib.

Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Orta-Ləki kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, ağır qəzada  iki FORD markalı yük maşını ilə ATEKO markalı yük maşınları toqquşub.

Nəticədə 3 nəfər Aliyev Rəşad Ədalət oğlu, Ağamədov Yasin Səriyər oğlu və Qafayev Yaşar Maarif oğlu elə hadisə yerindəcə dünyasını dəyişiblər.

1989-cu il təvəllüdlü Ağamədov Teymur Yarəməd oğlu isə ağır bədən xəsarətləri alıb.

Xəsarət alan yaralı dərhal təcili tibbi yardım maşınının köməyilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Qəzada ölənlər isə müayinə olunmaları üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Ağdaş rayon şöbəsinə təhvil verilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

 

 


Bizim.Media, Aran bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO