UNEC kollektivi Cocuq Mərcanlıda

UNEC kollektivi Cocuq Mərcanlıda

Hazırda oxunan: UNEC kollektivi Cocuq Mərcanlıda

182305
Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə UNEC YAP Qadınlar Şurasının üzvləri Cəbrayıl rayonunun işğaldan azad olunan Cocuq Mərcanlı kəndinə səfər ediblər.

UNEC kollektivi öncə Ümummilli lider Heydər Əliyevin Horadizdə ucaldılan abidəsi önünə əklil və gül dəstələri qoyaraq, əziz xatirəsini yad ediblər. Həmçinin “Aprel şəhidlərinə xatirə”x9d abidəsi ziyarət edilib.

Lələtəpə yüksəkliyinə yaxın ərazidə yerləşən Şükürbəyli kəndindəki N saylı hərbi hissənin əsgərlərilə görüşən UNEC kollektivi Azərbaycan Silahlı Qüvvələri Günü münasibətilə universitet rektoru, professor Ədalət Muradovun əsgər və zabitlərə təbriklərini çatdıraraq, şərəfli xidmətlərində onlara uğurlar arzulayblar. Bildirilib ki, şanlı ordumuz qələbələrilə xalqımızı sevindirəcək və tezliklə işğal altında olan torpaqlarımızı azad edəcəklər.

Daha sonra xidmətdə fərqlənən zabit və əsgərlərə fəxri fərman və hədiyyələr təqdim edilib.

Səfər Müdafiə Nazirliyi və Füzuli rayon İcra Hakimiyyətinin dəstəyilə təşkil olunub. Səfərdə həmçinin “XXI əsrin qadınları”x9d İçtimai Birliyinin sədri Mahirə Əmirhüseynova və əməkdar jurnalist Flora Xəlilzadə də iştirak edib.

UNEC haqqında:

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO