Xaçmazda 8 Mart tədbiri keçirildi – FOTO/VİDEO 

Xaçmazda 8 Mart tədbiri keçirildi – FOTO/VİDEO 

Hazırda oxunan: Xaçmazda 8 Mart tədbiri keçirildi – FOTO/VİDEO 
181560
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə Xaçmazda keçirilən tədbirdə ümummilli lider Heydər Əliyevin qadınlar haqda dediyi sözlərdən hazırlanmış video-çarx maraqla qarşılanıb.

Çarxın əvvəlində Heydər Əliyevin illər öncə xanımlarla bağlı səsləndirdiyi fikirlərə yer verilib:

"Qadınlar cəmiyyətdə çox həlledici təbəqədir. Deyirlər ki, çox adamlar, kişilər qadınlarından qorxur. Yəqin, burda oturanlardan da elələri var. Niyə qorxur? Nədən ötrü qorxur? Siz, qorxmursunuz? Çünki qadın həmişə çalışır ki, ailə sağlam olsun”.

Ulu öndərin qadınlar haqda, onların cəmiyyətdəki rolu barədə söylədikləri iştirakçıların etdiyi çıxışlarda sitat gətirilərək Azərbaycan qadınlarının bütün zamanlarda dəyanətli və mərd şəkildə kişilərin yanında olduğu diqqətə çatdırılıb.
Şəhid anaları adından fikirlərini bildirən Sevinc Cəlliova son antiterror hadisələrindən sonra Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edildiyini vurğulayıb. Sevinc Cəlilova döyüşlərdə şəhid olmuş oğlu Denisin və hərbçi yoldaşlarının ruhunun şad olduğunu qeyd edib. 

Xaçmaz şəhərindəki Heydər Əliyev mərkəzində keçirilən tədbirdə rayon qadınlarının bir qrupuna fəxri fərmanlar təqdim edilib.

Tədbir bayram konserti ilə sona çatıb.
 

Xaçmazda 8 Mart tədbiri keçirildi – FOTO/VİDEO  - foto 1
Xaçmazda 8 Mart tədbiri keçirildi – FOTO/VİDEO  - foto 2
Xaçmazda 8 Mart tədbiri keçirildi – FOTO/VİDEO  - foto 3
Xaçmazda 8 Mart tədbiri keçirildi – FOTO/VİDEO  - foto 4
Xaçmazda 8 Mart tədbiri keçirildi – FOTO/VİDEO  - foto 5
Xaçmazda 8 Mart tədbiri keçirildi – FOTO/VİDEO  - foto 6
Xaçmazda 8 Mart tədbiri keçirildi – FOTO/VİDEO  - foto 7
Xaçmazda 8 Mart tədbiri keçirildi – FOTO/VİDEO  - foto 8
Xaçmazda 8 Mart tədbiri keçirildi – FOTO/VİDEO  - foto 9
Xaçmazda 8 Mart tədbiri keçirildi – FOTO/VİDEO  - foto 10


Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO