Şimal-Qərb bölgəsinə qar yağdı - FOTO

Şimal-Qərb bölgəsinə qar yağdı - FOTO

Hazırda oxunan: Şimal-Qərb bölgəsinə qar yağdı - FOTO
179769
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gecə Şimal-Qərb bölgəsinə qar yağıb, temperatur daha bir neçə dərəcə aşağı enib. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, bir həftəyə yaxın davam edən yağışlı hava şəraitindən sonra bu gecədən başlayaraq Şimal-Qərb bölgəsinin dağlıq və dağətəyi yaşayış məntəqələrinə qar yağıb.  

Qarın qalınlığı dağlarda 8-10, dağətəyi kəndlərdə 3-5 sm arasında dəyişir. Bu gecə   bölgənin dağlıq ərazilərində temperatur mənfi 7-9, aran ərazilərdə isə mənfi 3-5 dərəcə təşkil edib. 

Hazırda soyuq və şaxtalı hava şəraiti davam edir. Temperatur mənfi 3 dərəcəni göstərir. Belə hava şəraitində əsasən yollarda buz bağlamalar meydana gəlir. Qaraməryəm-İsmayıllı-Şəki və Şəki- Qax avtomobil yolunun üzərində yerləşən körpü və keçidlərdə donma və buzbağlamalar daha çox müşahidə edilir. 

Bölgənin əksər ərazilərində çiskinli-dumanlı hava şəraiti bu gün də müşahidə olunmaqdadır. Lakin əvvəlki günlərə nisbətən məsafə görünüşü 150-200 metrə kimi artıb. 

Lakin bütün hallarda nəqliyyatın hərəkətində eləcə də digər infrasturukturda problemlər qeydə alınmayıb. 

Şimal-Qərb bölgəsinə qar yağdı - FOTO - foto 1
Şimal-Qərb bölgəsinə qar yağdı - FOTO - foto 2
Şimal-Qərb bölgəsinə qar yağdı - FOTO - foto 3
Şimal-Qərb bölgəsinə qar yağdı - FOTO - foto 4
Şimal-Qərb bölgəsinə qar yağdı - FOTO - foto 5
Şimal-Qərb bölgəsinə qar yağdı - FOTO - foto 6

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO