Ötən ay “ən isti yanvar” kimi tarixə DÜŞÜB 

Ötən ay “ən isti yanvar” kimi tarixə DÜŞÜB 

Hazırda oxunan: Ötən ay “ən isti yanvar” kimi tarixə DÜŞÜB 
177247
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yerin distansiyadan zondlama sistemi - “Copernicus” ilə aparılan hesablamalara görə, ötən ay indiyədək qeydə alınan “ən isti yanvar” olub. 

Bizim.Media xəbər verir ki, 2024-cü ilin yanvarında yer səthində 13,14 dərəcəlik orta temperatur qeydə alınıb.

Bu, 1991-2020-ci illərin eyni dövrləri üzrə orta göstəricidən 0,7 dərəcə, 2020-ci ildə müşahidə edilən öncəki rekorddan isə 0,12 dərəcə yüksəkdir. 
Məlumatda, son səkkiz ayın da ən isti aylar olduğu və son 12 ayda (2023-cü ilin fevralından 2024-cü ilin fevralınadək) qlobal orta temperaturun 1991-2020-ci illərdə qeydə alınan göstəricidən 0,64 dərəcə çox olduğu vurğulanır. 

Avropanın şimal və cənub bölgələrində fərqli temperaturlar qeydə alınıb. Skandinaviya ölkələrində bu göstərici 1991-2020-ci illərə nisbətən aşağı, cənubda isə xeyli yuxarı olub. 

Dünya üzrə göstəricilər də regionlara görə dəyişib. Şərqi Kanadada, Şimal-Qərbi Afrikada, Yaxın Şərqdə və Mərkəzi Asiyada termometrlər orta səviyyədən xeyli yuxarını, Qərbi Kanada, Mərkəzi Amerika və Şərqi Sibirdə isə aşağını göstərib. 

“Copernicus” İqlim Dəyişikliyi Xidməti atmosferə atılan istixana effektli qazların sürətlə azaldılmasının qlobal temperaturun yüksəlməsini dayandırmağın yeganə yolu olduğu barədə xəbərdarlıq edib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO