BİZİM TƏQVİM:  8  fevralda dünyada nələr olub?

Hazırda oxunan: BİZİM TƏQVİM:  8  fevralda dünyada nələr olub?

177158

2013-cü ilin bu günündə Azərbaycan Respublikasının ilk telekommunikasiya peyki - “Azərspace-1” uğurla orbitə buraxılıb. Bu, Azərbaycanın müstəqillik tarixinin ən önəmli hadisələrindən biri idi. Bu münasibətlə təşkil olunan mərasimdə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.

“Azərspace-1” peyki 46 dərəcə Şərq uzunluq dairəsində geostasionar orbitdə yerləşib. Peyk Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionunu əhatə edir. Bu möhtəşəm hadisədən sonra Azərbaycan dövləti artıq fəzaya daha iki peyk yollayıb.

Bəs, 8 fevralda daha hansı əlamətdar hadisələr baş verib?

1. 8 fevral 1575-ci ildə Leyden şəhərində Müqəddəs Barbara qadın monastrının köhnə binasında Hollandiyanın ilk universiteti açılıb.

2. 1672-ci ilin 8 fevralında İngilis fizik İsaak Nyuton "İşığın təbiəti haqqında" tədqiqatını açıqlayıb.

3. 1806-cı ilin 8 fevralı çar generalı Pavel Sisianov Bakının Rusiya tərkibinə ilhaqı üçün İçərişəhərin qala qapıları qarşısında Bakı xanı Hüseynqulu xanla görüşə gəlib. Burada Bakı xanının qalanın açarlarını ona təqdim edəcəyi gözlənilirdi. General açarları alan anda Hüseynqulu xanın qardaşıoğlu İbrahim xan Sisianovu qətlə yetirib.

4. 8 fevral 1828-ci ildə Rusiya qoşunları qədim Azərbaycan şəhəri Ərdəbili işğal edib.

5. 1904-cü ilin 8 fevralı Yaponiyanın Çinin Port Artur (Port Arthur) limanına qəfil hücumu və Rusiya donanmasını məhv etməsilə 2 il sürən Rusiya-Yaponiya müharibəsi başlayıb.

6.1907-ci ilin 8 fevralında İranda Milli Məclisə seçilmiş Cənubi Azərbaycan nümayəndələri Tehran əhalisi tərəfindən təntənə ilə qarşılanıb.

7. 1921-ci ilin 8 fevralı Türkiyə Böyük Millət Məclisi Antep şəhərinə Qurtuluş Savaşında Fransa hərbi birliklərinə göstərdiyi qəhrəmancasına müqavimətinə görə “Qazi” adını verən qanunu qəbul edib. O gündən şəhər Gaziantep adlanır.

8. 1922-ci ilin 8 fevralı ABŞ prezidenti Uorren Q.Hardinq Ağ Evdə ilk radionu təqdim edib.

9. 1935-ci ilin 8 fevralı Türkiyənin parlament seçkilərində ilk dəfə olaraq qadınlar seçilib və 18 qadın millət vəkili olub.

10. 1963-cü ilin 8 fevralı İraqda Əbdusselam Arifin başçılığı ilə “Baas” hərbçiləri hakimiyyəti ələ keçirib və Baş nazir Qasımı öldürüblər.

8 fevralda həm də bu tarixi şəxsiyyətlər xatırlanır

1. Məhşur Fransa yazıçısı, elmi-fantastik roman janrının banisi Jül Vern 1828-ci ilin 8 fevralında anadan olub.

2. Məhşur Rusiya kimyaçısı, pedaqoq və ictimai xadim Dmitri Mendeleyev 1834-cü ilin 8 fevralında dünyaya gəlib.

3. General-mayor, AXC ordusunun ilk baş qərargah rəisi, Əsgəran savaşının qalibi Həbib bəy Səlimov 8 fevral 1881-ci ildə dünyaya gəlib.

4. Azərbaycan hərbi xadimi, AXC ordusunun general-mayoru Əbdülhəmid bəy Qaytabaşı 8 fevral 1884-cü ildə anadan olub.

5. Atatürkün mənəvi qızı və Türkiyənin ilk qadın döyüş təyyarəsi pilotu Sabiha Gökçen 1951-ci ilin 8 fevralında pilot olaraq Koreya müharibəsində iştirak etmək üçün müraciət edib. Onun bu təşəbbüsü nəinki Türkiyə, Qərb mətbuatında da geniş əks-səda yaradıb. Amma bu müraciət ABŞ ordusunda qadın pilot olmadığı üçün qəbul edilməyib. Qeyd edək ki, Sabiha Gökçen Türkiyə və dünyada ilk qadın döyüş təyyarəsi pilotu sayılır.

6. Azərbaycan boyakarı, Xalq rəssamı Məmmədağa Hüseynov 8 fevral 1929-cu ildə dünyaya göz açıb.

7. Türkiyəli aktyor, aparıcı, komediya insanı, şoumen və səsləndirmə sənətçisi. Məhmət Əli Ərbil 1957-ci ilin bu günündə anadan olub. O, 30-dan çox filmdə, 10-dan çox serialda və teatr oyununda oynamış, 5-dən çox televiziya proqramının aparıcısı olub.

8. Azərbaycan bəstəkarı, musiqişünas və pedaqoq, Azərbaycan SSR əməkdar incəsənət xadimi Xalq artisti, ADK-nın sabiq rektoru Əşrəf Abbasov 8 fevral 1992-ci ildə vəfat edib.

9. Azərbaycan teatr və kino aktrisası, Xalq artisti, Şöhrət ordeni mükafatçısı, Dövlət mükafatı laureatı Zərnigar Ağakişiyeva 2018-ci ilin bu günündə dünyasını dəyişib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO