Müəllim olmaq istəyənlərin diqqətinə: Onlayn müsahibələrə start verilir 

Müəllim olmaq istəyənlərin diqqətinə: Onlayn müsahibələrə start verilir 

Hazırda oxunan: Müəllim olmaq istəyənlərin diqqətinə: Onlayn müsahibələrə start verilir 
17669
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu gündən 2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin növbəti müsahibə mərhələsi üçün elektron sənəd qəbulu başlanılacaq.

Təhsil Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, müsahibə mərhələsinin elektron sənəd qəbulu 13-14 aprel tarixlərini əhatə edəcək.

Namizədlər şəxsi səhifələrinə daxil olaraq onlayn müsahibələrdə iştirak etmək üçün hazırlanmış təlimatla tanış ola bilərlər.

Namizədlər təlimatla tanış olduqdan sonra müsahibə linkinin göndəriləcəyi elektron poçt ünvanlarını müvafiq xanaya yazaraq iştiraklarını təsdiq etməlidirlər.

Elektron sənəd qəbulu üçün son müraciət tarixi 14 aprel saat 23:59-dur. Namizədlərin məlumatları yoxlanıldıqdan sonra şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.

Qeyd edək ki, ölkə ərazisində xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar olaraq müsahibələr əvvəlki qaydada, “Microsoft Teams” platforması üzərindən onlayn həyata keçiriləcək.

Müsahibələr başa çatdıqdan sonra apelyasiya prosesinin təşkili nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO