Şəhidlər xiyabanına insanların axını başlayıb - FOTO/VİDEO

Şəhidlər xiyabanına insanların axını başlayıb - FOTO/VİDEO

Hazırda oxunan: Şəhidlər xiyabanına insanların axını başlayıb - FOTO/VİDEO

174282

Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 34-cü ildönümüdür.

Bizim.Media xəbər verir ki, Azərbaycan ictimaiyyəti 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsini yad edir.

Yüz minlərlə sakin Şəhidlər xiyabanını ziyarət edir, qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anır, məzarları üzərinə al qərənfillər düzürlər.

Bu müqəddəs məkanı ziyarət edənlər arasında hər yaşda olan insanlar var. 
Hər kəsin üzündə kədər və qürur hissləri görünür. 

Burada yaşanan izdiham xalqın qəhrəman Vətən övladlarının əziz xatirəsinə hörmət və ehtiramını bir daha parlaq şəkildə təcəssüm etdirir.

Görüntüləri təqdim edirik:
 












Leyla Qəhrəmanova, Nicat Niftəliyev, Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO