FHN mərasim evinin tavanının çökməsi ilə bağlı MƏLUMAT YAYDI - FOTO/VİDEO

FHN mərasim evinin tavanının çökməsi ilə bağlı MƏLUMAT YAYDI - FOTO/VİDEO

Hazırda oxunan: FHN mərasim evinin tavanının çökməsi ilə bağlı MƏLUMAT YAYDI - FOTO/VİDEO

174156

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsində mərasim zalının tavanının uçması barədə ilkin məlumat daxil olub. 

FHN-dən Bizim.Media-ya bildirilib ki, məlumatla əlaqədar nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri əraziyə cəlb olunub. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda mərasim evinin tavanı ÇÖKDÜ - Xəsarət alanlar var - FOTO


Əməliyyat şəraiti qiymətləndirilərkən, ikimərtəbəli mərasim evinin 1-ci mərtəbəsinin tavanının uçduğu müəyyən olunub. 

Hadisə nəticəsində üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. FHN-in qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. 

Hadisə ilə bağlı araşdırma aparılır. 
 












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO