Qaxda qanunsuz ağac emal edən sexlər AŞKARLANDI - FOTO

Qaxda qanunsuz ağac emal edən sexlər AŞKARLANDI - FOTO

Hazırda oxunan: Qaxda qanunsuz ağac emal edən sexlər AŞKARLANDI - FOTO

173263

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən ekoloji qaydaların, təbiəti mühafizə və meşə qanunvericiliyinin pozulması hallarının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Qax rayonunda keçirilən tədbirlər zamanı rayonun Cəlayir kəndi ərazisində qanunsuz ağac emalı sexi, Uzuntala kəndində yerləşən sexdə isə mənbəyi məlum olmayan müxtəlif cinsli ağac gövdələrinin qanunsuz emal olunması aşkar edilib. 

Qeyd olunan hər iki faktla bağlı araşdırmalar aparılır.

Həmçinin, Baş İdarə əməkdaşları tərəfindən yerin təkindən qanunsuz istifadə hallarının qarşısının alınması istiqamətində keçirilən tədbirlər zamanı Cəlayir kəndi ərazisində qanunsuz qum daşıyan şəxs müəyyən edilib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 228-ci (icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etmə) maddəsi ilə protokol tərtib edilərək məsuliyyətə cəlb olunub.





Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO