Bizim.Media yazdı – Qubada şəhidin məzarüstü abidəsi bərpa olundu – FOTO 

Bizim.Media yazdı – Qubada şəhidin məzarüstü abidəsi bərpa olundu – FOTO 

Hazırda oxunan: Bizim.Media yazdı – Qubada şəhidin məzarüstü abidəsi bərpa olundu – FOTO 

172747

Bir neçə həftə öncə, Qubanın Küçeyi kənd qəbiristanlığında dəfn olunan 20 Yanvar şəhidi Elçin Qeybullayevin qəbirüstü abidəsinin güclü külək səbəbindən dağıldığını xəbər vermişdik. Belə ki, şəhidin bacısı Samirə Şirinova məsələ ilə bağlı Quba rayon İcra Hakimiyyətinə məlumat verildiyini qeyd etmişdi. İcra hakimiyyətindən isə sorğumuza cavab olaraq, qəbirüstü abidənin mərhumun ildönümünə, yəni yanvarın 20-dək bərpa olunacağı qeyd olunmuşdu.

Problem artıq həllini tapdı

Samirə Şirinova Bizim.Media-nın şimal bürosuna açıqlamasında qardaşının abidəsinin yerli icra nümayəndəliyi tərəfindən bərpa edildiyini bildirib.

Onun sözlərinə görə, şəhidin məzarüstü abidəsi bu dəfə daha yaxşı şəkildə hazırlanıb. 








Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO