Eyvandan yıxılan yeniyetməyə köməyə gəlməyən təcili yardım əməkdaşı ilə bağlı QƏRAR VERİLDİ 

Eyvandan yıxılan yeniyetməyə köməyə gəlməyən təcili yardım əməkdaşı ilə bağlı QƏRAR VERİLDİ 

Hazırda oxunan: Eyvandan yıxılan yeniyetməyə köməyə gəlməyən təcili yardım əməkdaşı ilə bağlı QƏRAR VERİLDİ 

172636

Abşeron rayonu, Masazır qəsəbəsi, Füzuli 49 ünvanında eyvandan yıxılan yeniyetməyə yardıma gəlməyən təcili tibbi yardım əməkdaşı işdən çıxarılıb. 

Bizim.Media xəbər verir ki, bu barədə “Bakupost.az”a Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Allahverdiyev bildirib. 

Onun sözlərinə görə, yayılan məlumatlardan sonra dərhal araşdırma aparılıb: 

“Biz məsələni hərtərəfli araşdırdıq. Həmin tibb işçisinin üzərinə düşən vəzifəni yerinə yetirmədiyi təsdiqləndi. Ona görə də o, işdən uzaqlaşdırıldı”. 

Xatırladaq ki, hadisə yanvarın 3-də baş verib. Sosial şəbəkələrdə yeniyetmənin eyvandan yıxılmasından sonra saat yarım ərzində təcili tibbi yardım maşınının gəlməməsi barədə məlumatlar paylaşılıb. 

TƏBİB isə Ayan Aslanova üçün daxil olan çağırışla əlaqədar araşdırma aparıldığını bildirmişdi. 

Eyvandan yıxılan 15 yaşlı Ayan Aslanovanın vəziyyəti stabil ağır olaraq qiymətləndirilir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO