Mina partlayışında xəsarət alan ANAMA-nın əməkdaşı Gəncə xəstəxanasına TƏXLİYƏ EDİLİB

Mina partlayışında xəsarət alan ANAMA-nın əməkdaşı Gəncə xəstəxanasına TƏXLİYƏ EDİLİB

Hazırda oxunan: Mina partlayışında xəsarət alan ANAMA-nın əməkdaşı Gəncə xəstəxanasına TƏXLİYƏ EDİLİB

170881

İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində yaralanan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlunun vəziyyəti qənaətbəxşdir.

Bizim.Media xəbər verir ki, Ağdam Rayon Mərkəzi Xəstəxanasından AZƏRTAC-a bildirilib ki, xəsarət alan şəxsə bütün zəruri ilkin tibbi dəstək göstərilib və Gəncə klinik xəstəxanasına təxliyə olunub.
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: ANAMA-nın əməkdaşı Ağdamda minaya düşdü


Qeyd edək ki, işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində dekabrın 26-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1982-ci il təvəllüdlü Mahmudov Zaur Eldar oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO