Bakıda ƏMƏLİYYAT: İrandan onlayn narkotik alan 43 nəfər SAXLANILDI - FOTO

Bakıda ƏMƏLİYYAT: İrandan onlayn narkotik alan 43 nəfər SAXLANILDI - FOTO

Hazırda oxunan: Bakıda ƏMƏLİYYAT: İrandan onlayn narkotik alan 43 nəfər SAXLANILDI - FOTO
170632
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bakının Xətai rayonunda narkotik vasitələrin satışını təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə, həmçinin ərazi polis şöbə və bölmələrinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər zamanı paytaxt sakinləri 1990-cı il təvəllüdlü Afiq Quliyev, 2001-təvəllüdlü Ramilə Qurbanova və 1987-ci il təvəllüdlü Nicat Əliyev saxlanılıblar.

Bu şəxslərdən 10 kiloqrama yaxın heroin, marixuana, psixotrop tərkibli metadon həbləri və metanfetamin aşkar olunub.

Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Həmçinin idarə əməkdaşlarının noyabr-dekabr aylarında həyata keçirdikləri silsilə əməliyyatlar zamanı rayon ərazisində yerləşən bir neçə mənzildə “tiryəkxana” təşkil edən, həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 43 nəfər saxlanılıb.
Xətai rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də digər hüquqpozmalara qarşı polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir.

Bakıda ƏMƏLİYYAT: İrandan onlayn narkotik alan 43 nəfər SAXLANILDI - FOTO - foto 1
Bakıda ƏMƏLİYYAT: İrandan onlayn narkotik alan 43 nəfər SAXLANILDI - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO