Yasamalda soyğunçuluq edən Sumqayıt sakinləri saxlanıldı – FOTO/ANBAAN VİDEO 

Yasamalda soyğunçuluq edən Sumqayıt sakinləri saxlanıldı – FOTO/ANBAAN VİDEO 

Hazırda oxunan: Yasamalda soyğunçuluq edən Sumqayıt sakinləri saxlanıldı – FOTO/ANBAAN VİDEO 
169764
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Yasamal rayonunda soyğunçuluq edən Sumqayıt şəhər sakinləri saxlanılıblar. 

DİN-dən Bizim.Media-ya verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə paytaxt sakini olan bir nəfər müraciət edərək bildirib ki, rayon ərazisində tanımadığı iki nəfər onun 200 manat dəyərindəki mobil telefonunu soyğunçuluq yolu ilə əlindən alıblar. 

Şöbə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Sumqayıt şəhər sakinləri 2001-ci il təvəllüdlü Vüqar Məmmədov və 1992-ci il təvəllüdlü Ceyhun Bəylərov saxlanılıblar.
Soyğunçuluq edən şəxslərin qanunsuz hərəkətləri əraziyə quraşdırılan kameralar vasitəsi ilə də qeydə alınıb. 

Faktla bağlı 29-cu PŞ-də toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Yasamal RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər. 

 


Yasamalda soyğunçuluq edən Sumqayıt sakinləri saxlanıldı – FOTO/ANBAAN VİDEO  - foto 1

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO