Lökbatanın bəzi küçələri gölməçəyə çevrildi - VİDEO

Lökbatanın bəzi küçələri gölməçəyə çevrildi - VİDEO

Hazırda oxunan: Lökbatanın bəzi küçələri gölməçəyə çevrildi - VİDEO
169401
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Lökbatan qəsəbəsinin 20 Yanvar, Cavanşir Qəhrəmanov və Üzeyir Hacıbəyov küçələrində yaranan böyük gölməçələr yolları keçilməz edib.

Bizim.Media xəbər verir ki, sakinlərin sözlərinə görə, nə uşaqlar məktəbə gedib-gələ, nə də özləri bu yollardan istifadə edə bilirlər. Bu azmış kimi təcili yardım çağıranda belə əraziyə maşın gəlmir.

Həmçinin yağış yağanda ərazidən keçmək mümkün olmur.

Sakinlərin illərdir əziyyət çəkdiyi problemlə bağlı Qaradağ rayonunun Lökbatan qəsəbəsi bələdiyyəsindən bildirilib ki, 20 Yanvar küçəsində asfaltlanma işləri aparılır.
Bu işlər başa çatdıqdan sonra Cavanşir Qəhrəmanov və Üzeyir Hacıbəyov küçələrində də asfaltlanma işlərinə başlanılacaq. 

Daha ətraflı süjetdə:
 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO