BİZİM TƏQVİM: 6 dekabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 6 dekabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 6 dekabrda baş vermiş tarixi hadisələr

167572

6 dekabr Rabitə və informasiya texnologiyaları işçilərinin peşə bayramı günüdür. 1881-ci ilin həmin günü Bakıda Azərbaycanda ilk telefon xətti işə salınıb. Peşə bayramı Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 2 dekabr tarixli Sərəncamına müvafiq olaraq təsis edilib.

Bəs, dekabrın 6-da dünyada daha nələr olub?

1. 1492-ci ilin bu günündə Xristofor Kolumbun birinci ekspedisiyası Haiti adasını kəşf edib. Haitinin adı taino hindilərinin dilindən “Dağlıq ölkə” kimi tərcümə olunur.

2. 6 dekabr 1865-ci ildə vətəndaş müharibəsinin başa çatmasından sonra ABŞ Konstitusiyasına köləliyi qadağan edən 13-cü maddə əlavə olundu. Köləlik əleyhinə olan ABŞ prezidenti Abraham Linkoln qanunun qüvvəyə mindiyini görə bilmədi. Həmin il Linkoln 18 apreldə sui-qəsd nəticəsində həyatını itirdi. 

3. 6 dekabr 1907-ci ildə ABŞ-ın Monongah şəhərində mədəndə partlayış baş verməsi nəticəsində 362 şaxtaçı öldü.

4. 6 dekabr 1950-ci ildə Çin Koreya müharibəsinə qatıldı. BMT qüvvələrinin nəzarətindəki Pxenyan şəhəri Şimali Koreya ordusu tərəfindən ələ keçirildi.

5. 6 dekabr 1959-cu ildə Türkiyə ilk dəfə bir ABŞ prezidentini qonaq etdi. Prezident Eyzenhauver rəsmi səfərlə Türkiyəyə gəldi.

6. 6 dekabr 1971-ci ildə Hindistanın Pakistandan müstəqilliyini elan edən Banqladeşi rəsmi olaraq tanıması iki ölkə arasında diplomatik və hərbi böhrana səbəb oldu.

7. 6 dekabr 1997-ci ildə “Antonov” tipi rus yük təyyarəsi Serbiyanın hava məkanında düşdü; 67 nəfər həyatını itirdi.

8. 2002-ci ilin bu günündə Avropa Komissiyası tütün yetişdirməkdən imtina edib, başqa bitkilərin yetişdirilməsini mənimsəyən hər bir fermerə təqribən 300 min avro ödəmək barədə qərar qəbul edib.

9. 6 dekabr 2008-ci ildə Afinada 15 yaşındakı gəncin vurularaq öldürülməsi nəticəsində küçələrdə etiraz aksiyaları başladı. Günlərlə davam edən nümayişlərdə yüzlərlə insan yaralandı.

10. 6 dekabr 2017-ci ildə ABŞ prezidenti Donlad Tramp Qüdsü İsrailin paytaxtı olaraq tanıdıqlarını və səfirliyini Qüdsə köçürəcəklərini açıqladı. İslam ölkələrinin reaksiya göstərdikləri qərardan sonra İstanbulda toplantı keçirən İslam Əməkdaşlıq Təşkilatı Şərqi Qüdsü Fələstinin paytaxtı kimi tanıdığını elan etdi.

Dekabrın 6-da bu şəxsiyyətlər xatırlanır:

1. 6 dekabr 1841-ci ildə Fransız rəssamı, impressionizmin banilərindən biri Frederik Bazil (1841–1870) anadan olub.

1. 6 dekabr 2004-ci ildə Xalq artisti, tanınmış aktyor Muxtar Avşarov (15.2.1914 – 2004) vəfat edib. Gəncə Dram, Akademik Milli Dram teatrlarında çalışıb, filmlərdə çəkilib.

3. 6 dekabr 2006-cı ildə görkəmli xanəndə, Xalq artisti Baba Mirzəyev;( 7.11.1940 – 2006) dünyasını dəyişib. Opera tamaşalarında (“Leyli və Məcnun”, “Aşıq Qərib”, “Əsli və Kərəm” və s.) əsas partiyaları ifa edib.

Surxay Atakişiyev, Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO