SON DƏQİQƏ: Ağdamda mina PARTLADI - Xəsarət alan var - YENİLƏNİB/FOTO

SON DƏQİQƏ: Ağdamda mina PARTLADI - Xəsarət alan var - YENİLƏNİB/FOTO

Hazırda oxunan: SON DƏQİQƏ: Ağdamda mina PARTLADI - Xəsarət alan var - YENİLƏNİB/FOTO
167522
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağdamda mina partlayışı faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır. 

Bu barədə Bizim.Media-ya Baş Prokurorluqdan bildirilib. 

Qeyd edilib ki, dekabrın 5-də Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlunun xidməti vəzifəsini yerinə yetirən zaman mina partlaması nəticəsində xəsarət alması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır. 

*** 13:04

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) Ağdamda baş verən mina partlayışı barədə məlumat yayıb. 

ANAMA-nın Mətbuat Xidmətindən Bizim.Media-ya bildirilib ki, 2023-cü il 5 dekabr tarixində işğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində Agentliyin əməkdaşı 1992-ci il təvəllüdlü Əkbərov Vaqif Sabir oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. 

Xəsarət alan şəxs hadisə yerindən təxliyə edilərək, rayon xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxsin sağ ayağı dizdən aşağı nahiyədən amputasiya edilib. Vəziyyəti qənaətbəxşdir. 


*** 13:00

Ağdamda minaya düşən ANAMA əməkdaşının kimliyi məlum olub. 

Bizim.Media xəbər verir ki, o, ANAMA-nın minatəmizləmə qrupunun mina axtaranı Əhmədov Vaqif Sabir oğludur. 

Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

*** 12:48

Ağdamda mina partlayışı nəticəsində bir nəfər xəsarət alıb.

Bizim.Media-nın yerli bürosunun əldə etdiyi ilkin məlumata görə, hadisə rayonun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində qeydə alınıb. 

Belə ki, mina partlayışı nəticəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı xəsarət alıb. 

SON DƏQİQƏ: Ağdamda mina PARTLADI - Xəsarət alan var - YENİLƏNİB/FOTO - foto 1
SON DƏQİQƏ: Ağdamda mina PARTLADI - Xəsarət alan var - YENİLƏNİB/FOTO - foto 2
SON DƏQİQƏ: Ağdamda mina PARTLADI - Xəsarət alan var - YENİLƏNİB/FOTO - foto 3

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO