Məşhur Ləzə şəlaləsi nə vaxt donacaq? - FOTO/VİDEO

Məşhur Ləzə şəlaləsi nə vaxt donacaq? - FOTO/VİDEO

Hazırda oxunan: Məşhur Ləzə şəlaləsi nə vaxt donacaq? - FOTO/VİDEO
167228
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Dağlıq rayon olan Qusarın Ləzə kəndində turistlərin qış, yay aylarında xüsusi maraq göstərdiyi məşhur şəlalə də iqlim dəyişikliyinin fəsadını yaşayır.

Bizim.Media-nın əməkdaşı Ləzə kəndində olarkən 100 metrdən çox hündürlüyü olan  bu şəlalənin yay-yaz aylarında olduğu kimi, gur axınla axıb getdiyini müşahidə edib.
 

MÖVZU İLƏ BAĞLI:

Qusara 3 sm qar yağdı – VİDEO  


Bununla bağlı yayılan görüntülərdən aydın olur ki, dekabr ayınacan donmağa başlayan bu təbiət incisi gecələr şaxta az olduğundan qış libasına bürünməyib.

Yerli sakinlər də şəlalənin donmamasını dünyanı bürüyən qlobal istiləşmə ilə əlaqələndirir. Bu şəlalə adətən 10 dərəcə şaxtadan sonra temperatur 15 dərəcəyə çatanda donur. Hələlik belə hava qeydə alınmadığından şəlalə yaz aylarındakı kimi öz sürətilə axıb gedir. 

İqlim dəyişikliyi ucbatından qış libasını geyinməyən təkcə Ləzə şəlaləsi deyil, Quba-Qusar rayonlarının ərazisindəki digər şəlalə və göllər də hazırda yaz havası yaşamaqdadır.

Bununla belə sinoptiklər qarşıdakı həftənin 2-ci günündən havanın sərtləşəcəyi proqnozunu verirlər.

Güclü şaxtaların olacağı təqdirdə Ləzədəki, Şahdağ turizm mərkəzindəki  və Qubanın görməli yerlərindəki maraqlı  təbiət personajlarını da donmuş görəcəyik. Bu, qış turizmini sevən insanların daha çox marağına səbəb olacaq.
 

 


Məşhur Ləzə şəlaləsi nə vaxt donacaq? - FOTO/VİDEO - foto 1
Məşhur Ləzə şəlaləsi nə vaxt donacaq? - FOTO/VİDEO - foto 2

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO