Qarabağa qayıdan keçmiş məcburi köçkünlərin evləri BU ŞƏXSLƏRƏ VERİLİR – RƏSMİ

Qarabağa qayıdan keçmiş məcburi köçkünlərin evləri BU ŞƏXSLƏRƏ VERİLİR – RƏSMİ

Hazırda oxunan: Qarabağa qayıdan keçmiş məcburi köçkünlərin evləri BU ŞƏXSLƏRƏ VERİLİR – RƏSMİ

166819

İşğaldan azad edilmiş ərazilərə köç karvanı davam edir. Bu günə kimi xeyli sayda ailə Qarabağda evlə təmin olunub.

Maraqlı məqamlardan biri odur ki, azad edilmiş ərazilərə geri qayıdan keçmiş məcburi köçkünlərin Bakıda dövlət tərəfindən təmin olunmuş evləri geri təhvil alınır, yoxsa özlərində qalır?

Mövzu ilə bağlı sorğumuzu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ünvanladıq.

Qurumun Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev Bizim.Media-ya açıqlamasında bu fikirləri səsləndirib:

“Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən, məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri “xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələri” hesab edilir və kirayə müqaviləsi əsasında müvəqqəti istifadəyə verilir. “Böyük Qayıdış” çərçivəsində, işğaldan azad olunmuş ərazilərə əsasən, yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələr köçürülür.

Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşıdırlması üçün istifadəyə verilmiş qəsəbələrdən bu günədək məhdud sayda şəhid ailələri və müharibə veteranları doğma yurdlarına köçürülüb. Köçürülmüş ailələrin boşalmış mənzilləri Dövlət Komitəsində fəaliyyət göstərən komissiyanın qərarı ilə yalnız digər məcburi köçkün şəhid ailələləri və müharibə iştirakçılarına verilir”.

Məhərrəm Əliyev, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO